"Qarabağ"ın yollarını ayırdığı Xayme Romero karyerasını Yaponiyada davam etdirə bilər. 

Təcrübəli futbolçuya gündoğar ölkəni təmsil edən klubdan real təklif gəlib. Romero hələ ki, qərar verməyə tələsmir. Onun yeni mövsümə  hansı klubda başlayacağı yaxın vaxtlarda dəqiqləşəcək. Qeyd edək ki, ispaniyalı futbolçu 2019-cu ildən “Qarabağ”ın şərəfini qoruyur.